Ukraynada Tehsil – Ukraynada Attestatla Tehsil – Ukraynada Tehsil

Ukrayna – Avropa təhsil sisteminə malik qonaqpərvər və gözəl bir ölkədir. Ukrayna universitetlərində dünyanın 152 ölkəsindən 65000-dən çox xarici tələbə təhsil alır. Onların sayı hər il artır. Güclü akademik heyətin səyi, bütövlükdə təhsil sistemi, inkişaf və texnoloji yeniliklərin tətbiq edilməsi sayəsində, Ukrayna universitetləri qayıtdıqdan sonra ölkələrinə faydalı olacaq məzunlar yetişdirir. Ukraynada təhsili seçməyin 10 səbəbi: 1. Universitetlərə asanlaşdırılmış qəbul proseduru aparılır. Ukraynaya vizasız rejim tətbiq olunduğu ölkələrdən biri də Azərbaycandır. 2. Ukrayna tolerant cəmiyyət olmağı və xarici vətəndaşlara qarşı xoş münasibətilə fərqlənir. 3. Ukraynada təhsil haqqı Avropa, Amerika və keçmiş MDB ölkələrinə nisbətən aşağıdır. 4. Ukrayna universitetləri xarici tələbələri yataqxana ilə təmin edir və qiymətlər olduqca münasibdir. 5. Avropa səviyyəsində təhsil verən və çoxəsrlik tarixi olan, bəziləri dünyada tanınan universitetlərə malikdir. 2005-ci ildən artıq Bolonya Bəyannaməsinə qoşulub. 6. Təhsil forması seçmək imkanının mövcudluğu. Xarici vətəndaşlar Ukraynada Bakalavriat, Magistratura, Diplomdan sonrakı təhsildən birini seçə, qiyabi və distant oxuya bilərlər. Rus və İngilis dillərində təhsil ala bilərlər. 7. Bir çox universitetlər hazırlıq kursları təşkil edir. Burada, xarici tələbələr tələb olunan Ukrayna və Rus dillərini təkmilləşdirə bilərlər. Universitetə hazırlıq 6-10 ay davam edir. 8. İxtisas seçimi. Ukraynada tibb, hüquq, iqtisadiyyat, mühəndislik, texniki, humanitar və s. İxtisaslara yiyələnə bilərsiniz. 9. Uğurlu karyeraya başlamaq imkanı. Ukrayna təhsildə Avropa standartlarını əsas götürən və sadələşdirilmiş sənədləşmə işlərinin vacibliyini bəyan edən Haaq və Lissabon konvensiyalarına üzvdür. Ukrayna universitetlərinin diplomu bütün dünyada tanınır. 10. Avropa yaşayış səviyyəsinə xas ölkə. Ukrayna gözəl təbiətə malik bir ölkədir. Tarixi görməli yerlər, teatr, muzey, idman, müxtəlif növ hobbi sahibləri üçün yaradılmış imkanlar – bütün bunların hamısını Ukraynada görəcəksiniz. Ukraynada təhsil barədə əlavə məlumat almaq istəyirsinizsə, aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz.